Yığmamızın kapitanı İstanbulda evləndi - FOTOSESSİYA
06.06.2011 - 10:09
Yığmamızın kapitanı İstanbulda evləndi - FOTOSESSİYA
Azərbaycan millisinin voleybolçusu Oksana Parxomenko subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı türkiyəli statistik məşqçi Onat Kurtla İstanbulda Kalender Ordu Evində rəsmi nikaha daxil olub.

Onların toy mərasimində nikahı Şişli Bələdiyyəsinin sədri Mustafa Sarıgül kəsib. Parxomenkonun nikah şahidləri voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev, “Fənərbaxça” rəsmisi Yasemin Merçil və Demet Kutluay, Kurtun isə “Acibadəm” Sağlıq Qrupunun İdarə Heyətinin sədri Mehmet Ali Aydınlar, “Fənərbaxça” rəsmisi Ali Koç və məşhur türkiyəli basketbolçu İbrahim Kutluay olublar.

Qeyd edək ki, toy mərasimində təxminən 300 nəfər iştirak edib.
0