Fatih Kavlak məğlubiyyətin səbəbini açıqladı
07.04.2012 - 17:23
“Bəzi oyunlar olur ki, çox qol epizodu yaratmadan qələbə qazanırsan. Bəzən də bu, əksinə olur”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.
O, Premyer Liqanın XXVII turunda “Xəzər Lənkəran”la oyunu şərh edib. Türkiyəli mütəxəssis bildirib ki, 0:1 hesablı məğlubiyyətdə erkən qol buraxmalarının da təsiri az olmayıb: “Bu gün çox qol epizodu yaratdıq, amma istifadə edə bilmədik. Erkən qol buraxmağımızın da məğlubiyyətə təsiri oldu. “Altılığ”ın oyunları çox həyəcanlı olur, lakin, bu, Azərbaycan futbolunun xeyrinədir. Qapıçı dəyişikliyi də futbolda olan bir şeydir. Biz də buna ehtiyac duyduq, bu addamı atdıq. Bundan öncəki oyunda da qapıçı səhvi olmuşdu və qol buraxmışdıq. 2 eyni səviyyəli qapıçımız var. Hansına ehtiyac duysaq, ona oynamaq şansı veririk”.
Qeyd edək ki, “Xəzər Lənkəran”la matçda “Qəbələ”nin qapısını Pavel Doroşev deyil, Qrem Smit qoruyub.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0