Avropa çempionatında 6-cı medal
15.04.2012 - 15:41
Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan milli komandası daha 1 medal qazanıb.
Milli komandamızın üzvlərindən son olaraq körpücük üzərinə Yuliya Dovqal çıxıb. O, çəkisi 75 kq-dan çox olan qadın idmançılarla mübarizə aparıb. Birdən qaldırmada 123 kq çəkini ram edən atletimiz “kiçik gümüş” medal qazanıb. Milliləşdirilmiş legionerimiz təkanla qaldırmada isə 150 kq çəkinin öhdəsindən gəlməklə, bu hərəkətdə 3-cü olub. O, yekun nəticədə də 273 kq çəki ilə bürüncə yiyələnib.
Qeyd edək ki, Dovqaldan öncə Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq) və Boyanka Kostova (56 kq) Avropa çempionu adını qazanıblar. Silviya Angelova (48 kq) bürünc mükafata sahib çıxıb, İntiqam Zairov (94 kq) “kiçik bürünc”lə kifayətlənib. Namiq Cəlilov isə (85 kq) zədələndiyindən yarışa qatılmayıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0