Fiasko!
16.04.2012 - 09:37
Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatının ikinci təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnir Azərbaycan milli komandası üçün fiasko ilə başa çatıb.
Belə ki, D qrupunda yer alan yığmamız Avstriya, Slovakiya, İsveçrə və Bolqarıstana məğlubiyyətin ardından Hollandiyaya da uduzub – 1:3 (25:14, 21:25, 21:25, 21:25). Beləliklə, keçirdiyi 5 oyunda 1 xal toplaya bilməyən voleybolçularımız qrup sonuncusu olublar.
Rəqiblərimizdən isə ilk pilləni tutan Slovakiya birbaşa final mərhələsinə yüksəlib (12 xal). İkinci və üçüncü yerdə qərarlaşan Bolqarıstan və Avstriya yığmaları isə pley-offda mübarizəni davam etdirəcəklər.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0