Klublarımızı Rusiya çempionatına çağırdılar
18.04.2012 - 10:01
Kazanın “Dinamo” voleybol klubunun direktoru Sergey Çernışov maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, son Rusiya çempionu Azərbaycan komandalarını öz Super Liqalarında görmək istədiklərini bildirib.
Belə ki, kişilərdən ibarət Rusiya çempionatı 2 konferensiyaya – Qərb və Şərqə bölünüb. İndi qonşu ölkədə qadınların birinciliyinində də bu yeniliyin tətbiq olunması müzakirə obyektinə çevrilib. Bunu oyunçularda yüklənmələrin, komandaların uçuşlarının azaldılması məqsədi ilə etmək istəyirlər.
Bu məsələyə münasibətini bildirən Çernışov üzünü azərbaycanlı dostlarından tutaraq, onlardan müsbət cavab gözləyir: “Düşünürəm ki, mənim fikrimlə baş məşqçimiz Rişat Qilyazutdinov da razılaşar. Çünki hazırda Rusiyada 2 divizionu yaratmaq üçün bu qədər komanda yoxdur. Hətta hər birində 7-8 komanda olmaq şərtilə. Əgər Azərbaycan və Ukraynadan olan dostlarımız bizim çempionata gəlsəydilər, onda tam başqa cür olardı”.
Qeyd edək ki, Azərbaycan klubları avrokuboklardakı möhtəşəm çıxışları ilə bütün Avropanın diqqət mərkəzindədir.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0