“Real”ın oyunçusu: Azərbaycan yığmasını seçdiyim üçün xoşbəxtəm
19.04.2012 - 13:38
“Mən yığma ilə bağlı artıq seçimimi etmişəm. Nəhayət, bu yay Azərbaycan yığmasının sıralarında olacağam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının basketbolçusu Ceyse Karrol deyib.
Madrid “Real”ının şərəfini qoruyan amerikalı legioner ölkəmizə gəlişini səbirsizliklə gözləyir. O, Yunanıstan mətbuatına verdiyi açıqlamasında bildirib ki, Azərbaycan millisini seçdiyinə görə peşman deyil: “Mənə digər ölkələrdən də təklif gəlmişdi. Onlar yığmalarında oynamağımda maraqlı idilər. Ancaq mən sonda Azərbaycanı seçdim. Artıq hər şeydə razılıq əldə etmişik və Avropa çempionatının seçmə mərhələsində bu ölkənin şərəfini qoruyacağam. Mən də, ailəm də seçimimə görə xoşbəxtik və onlar bunun üçün məni dəstəkləyirlər. Çünki onlar başa düşür ki, fərqli yarışda çıxış edəcəyəm. Avrokuboklarla Avropa çempionatı ayrı-ayrı turnirlərdir”.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0