“Bakı”da, yoxsa başqa klubda çalışacağımı bilmirəm”
20.04.2012 - 09:30
“Mən yenicə vətənimə dönmüşəm. Hələ ki, bir müddət istirahət haqqında düşünürəm”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib.
Braziliyalı mütəxəssis gələcək karyerası barədə hələ qərar verməyə tələsmir. Mayda paytaxt təmsilçisi ilə müqaviləsi başa çatacaq 45 yaşlı məşqçi ağır mövsümün yorğunluğunu çıxarmaq barədə düşünür.
“Bakı”da işlədiyi debüt mövsümündə komandasını “Çelenc Cup”ın finalına yüksəldən və Super Liqada tarixində ilk dəfə mükafat – bürünc medal qazandıran Vercesi növbəti ildə Azərbaycanda çalışmaya da bilər. Belə ki, artıq braziliyalı mütəxəssisə Çempionlar Liqasının son qalibi “Fənərbaxça” və Avropanın digər klubları təklif göndərib. Baş məşqçi bildirib ki, istirahəti yekunlaşdırdıqdan sonra qərarını verəcək: “Mən bir müddət Braziliyada qalacağam. Növbəti mövsümdə harada işləməyimə dair qərar verəcəyimə qədər burada olacağam. “Bakı”da, yoxsa başqa komandada çalışacağımla bağlı hələ dəqiq nəsə deyə bilmərəm. Çünki yeni il üçün heç bir klubla danışıqlar üçün əlaqə qurmamışam”.
Qeyd edək ki, Vercesi Azərbaycana gələnə qədər Braziliya, İtaliya və Xorvatiyada işləyib.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0