“Azərreyl” Kimə 1,2 milyon avro verir!
20.04.2012 - 13:41
Cənubi koreyalı voleybolçu Yeon Kinq Kim “Azərreyl”dən fantastik təklif alıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın “Fənərbaxça”nın heyətində Çempionlar Liqasının qalibi və Bakıda keçirilən “Dördlər finalı”nın ən yaxşısı seçilən 24 yaşlı voleybolçu üçün irəli sürdüyü məbləğ açıqlanıb.
Belə ki, növbəti mövsümdən italiyalı mütəxəssis Alessandro Çiappinini baş məşqçi təyin edən “Azərreyl” Kim üçün nə az, nə çox – 1,2 milyon avroluq müqavilə irəli sürüb. Lakin hələ Kim son qərarını verməyə tələsmir. Türk həmkarlarımız hələ də Kimin bu cəlbedici təklifin qarşılığında hansı addımı atacağını maraqla gözləyirlər.
Qeyd edək ki, Kim Azərbaycan azarkeşləri üçün yaxşı tanışdır. O, bu mövsüm “Rabitə” ilə görüşlərdə 4 dəfə iştirak edib, habelə, paytaxtımızda baş tutan “Dördlər finalı”nda komandasının çempionluğunda böyük rol oynayıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0