Bürünc mükafatçı müəyyənləşdi, çempion uduzdu
06.05.2012 - 09:28
Kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının bürünc mükafatçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, üçüncü yerin sahibi “NTL-Tudor”la “Çağ Öyrətim” arasında baş tutan ikinci görüşdə müəyyənləşib.
Belə ki, ilk matçda 63:54 hesabı ilə qələbə qazanan “NTL-Tudor” növbəti oyunda da rəqibinə qalib gəlib – 75:56. Bununla da onlar 2011/2011 mövsümünü üçüncü yerdə başa vurublar.
Final mərhələsində isə hesab bərabərləşib. Son çempion “Araz” ilk qarşılaşmada “Qala”nı məğlub etsə də (100:85), bu dəfə məğlubiyyətə üzülüb – 79:83.
Qeyd edək ki, çempionluq üçün oyunlar 3 qələbəyə kimi keçiriləcək.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0