“Rabitə” birini də yola saldı - FOTO
14.05.2012 - 11:49
Azərbaycan çempionu “Rabitə”nin vidalaşdığı daha bir voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı klubu amerikalı Meri Spayserin ardından serbiyalı libero Silviya Popoviçlə də yollarını ayırmağa qərar verib.
Son 3 mövsümdə “Rabitə” ilə Azərbaycan çempionu olan 26 yaşlı voleybolçu artıq azad agent statusu ilə özünə yeni komanda axtarmağa başlayıb və bir neçə real təklif alıb.
Qeyd edək ki, “rabitəçilər”lə dünya çempionluğunu bayram edən və Çempionlar Liqasının finalında oynayan Popoviçi komandada həmyerlisi Suzana Sebiç əvəzləyəcək. Onlar Serbiya yığmasının da heyətində bir-birinə rəqibdirlər.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0