Natalya Məmmədova Rusiya klubunda!
18.05.2012 - 14:53
“Rabitə”nin kapitanı Natalya Məmmədova özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da şərəfini qoruyan 28 yaşlı hücumçu Rusiya çempionatında mübarizə aparan “Omiçka” klubuna keçib.
Sibir təmsilçisinin rəhbərliyi Natalya ilə prinsipial razılıq əldə edib. Tərəflər arasında rəsmi müqavilə iyunda bağlanacaq.
Məmmədova bunadək Rusiya Super Liqasında – 2002/2003 mövsümündə “Zareçye Odintsova”, 2009/2010 mövsümündə isə Krasnodar “Dinamo”sunda oynayıb.
Qeyd edək ki, 2 il öncə məhz Krasnodar təmsilçisindən “Rabitə”yə keçən Natalya Çempionlar Liqasında 47 xalla rekordçudur.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0