Azərbaycan çempionları olimpiadaya buraxılmadı
26.05.2012 - 23:08
Yaponiyanın paytaxtı Tokioda qadın voleybolçular arasında keçirilən dünya olimpiya təsnifatlı beynəlxalq turnir başa çatıb. Apasport.az saytının xəbərinə görə, turnirdə London Olimpiadasında iştirak etmək hüququ verən üçüncü və sonuncu lisenziya uğrunda Rusiya millisi Serbiya ilə qarşılaşıb.
Heyətində Azərbaycan çempionu "Rabitə" qadın voleybol klubunun aparıcı oyunçularından Nataşa Krsmanoviç, Sanya Staroviç və libero Syuzana Çebiçin şərəfini qoruduğu Serbiya millisi ruslarla bacarmayıb. Həmin görüşdə şimallı qonşularımız daha inamlı olublar - 3:1.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0