“Azərreyl” millinin voleybolçusunu bəyənmədi
31.05.2012 - 10:30
“Azərreyl” Polşa millisinin voleybolçusu Karolina Koseklə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın yeni italiyalı baş məşqçisi Alessandro Çiappini müqaviləsi başa çatan 27 yaşlı voleybolçunun komandada qalmasını istəməyib.
Bu səbəbdən də Kosek Bakı təmsilçisi ilə vidalaşaraq, özünə yeni komanda da tapıb. O, növbəti mövsüm üçün Türkiyənin “Yeşilyurt” komandası ilə anlaşıb.
Qeyd edək ki, polşalı voleybolçu “Azərreyl”ə ötən ilin dekabrında gəlmişdi.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0