“Azərreyl”in növbəti supertransferi
01.06.2012 - 09:41
“Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Yaponiya yığmasının liberosu Akiko İnonun keçidini həll ediblər.
Polşalı Paulina Maj, ardınca italiyalı Paola Kardullo Bakı təmsilçisinin təklifinə “yox” desə də, asiyalı libero Azərbaycanda oynamağa razılıq verib. O, 1 illik müqaviləyə imza atıb.
Azərbaycan 27 yaşlı voleybolçunun karyerasında ikinci ölkə olacaq. Belə ki, İno Bakı klubunu seçənə kimi 2 il (2007-2009) Fransa “Kann”ında oynayıb və hər 2 mövsümdə ölkə çempionluğunu və kubokunu qazanıb.
Yığmasının heyətində dünya çempionatının bürünc medalını qazanan 168 sm boya malik libero, həmçinin vətənində “Hitaçi” (2005-2007) və “Red Roskets” (2009-2012) klublarının şərəfini qoruyub.
2006-cı ildən Yaponiya millisinin şərəfini qoruyan Akiko yığmada “İqtisadçı”nın sabiq liberosu Yuka Sanonun əvəzləyicisi hesab olunur.
Qeyd edək ki, “Azərreyl” İnodan öncə Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Milena Radeçka (Polşa) və Meqan Hodjla (ABŞ) anlaşıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0