Bomba partladı: 1,2 milyon avroluq voleybolçu “Azərreyl”də!
07.06.2012 - 11:20
“Azərreyl” voleybol dünyasının maraqla izlədiyi transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” müəyyən müddətdir elçi düşdükləri və 1,2 milyon avro təklif etdikləri Cənubi Koreya yığmasının voleybolçusu Yeon Kinq Kimlə anlaşıblar.
Ötən mövsüm “Fənərbaxça”nın heyətində Çempionlar Liqasının qalibi və Bakıda keçirilən “Dördlər finalı”nın ən yaxşısı seçilən 24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. “Sarı-lacivərdlilər” 192 sm boya malik hücumçunu heyətində saxlamaq istəsələr də, bu alınmayıb.
Qeyd edək ki, “Azərreyl” Kimdən öncə Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodjla (ABŞ) anlaşıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0