Sara Anzanello İtaliya millisindən kənarlaşdırıldı
08.07.2012 - 14:48
Qadın voleybolçulardan ibarət İtaliya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Massimo Barbolini London Olimpiadası üçün müəyyənləşdirdiyi siyahıya “Azərreyl”in voleybolçusu Sara Anzanellonun adını daxil etməyib.
Təcrübəli mütəxəssis heyətdə gənclərə yer verib. Onun Super Liqamızda çıxış edən 33 yaşlı oyunçudan imtinasının da əsas səbəbi bu amildir.
Qeyd edək ki, Anzanello hazırda millisinin heyətində Rusiyada “Yeltsen kuboku”nda mübarizə aparır.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0