Bolqarıstanlı nazir “Rabitə”nin baş məşqçisinə təşəkkür etdi
09.07.2012 - 12:02
“Rabitə”nin baş məşqçisi Marçello Abbondanzanın eyni zamanda çalışdırdığı Bolqarıstan yığmasının Avropa Liqasındakı uğuru diqqətdən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, turnirin gümüş mükafatçısı olan komandanı vətənə qayıdışı zamanı Sofiya Hava Limanında böyük izdiham qarşılayıb.
Buraya gələnlər arasında Bolqarıstanın idman naziri Asen Markov da olub. O, bu nailiyyəti yüksək qiymətləndirərək, Abbondanzaya təşəkkür edib. Hava Limanında, həmçinin “Rabitə” ilə Azərbaycan və dünya çempionu olan Dobriana Rabadjiyeva, “Lokomotiv”lə “Çelenc Cup”ı qazanan və Super Liqanın ikincisi olan Diana Nenova ilə Mariya Filipovaya qızılgül hədiyyə edilib.
Qeyd edək ki, finalda Çexiyaya uduzan bolqarların heyətində Rabadjiyeva turnirin topu ən yaxşı oyuna daxil edənləri arasında birinci olub.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0