Bakı klubu Tailand millisindən oyunçu gətirir
21.07.2012 - 13:57
“Azərreyl”in sabiq voleybolçusu Nutsara Tomkom karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Tailand millisinin əsas toppaylayıcısı “İqtisadçı”nın maraq dairəsinə düşüb.
Ötən mövsüm “dəmiryolçular”ın heyətində Oksana Porxomenko və Pelin Çelikin kölgəsində qalan 27 yaşlı asiyalının bugünlərdə universitet komandası ilə rəsmi müqaviləyə imza atacağı gözlənilir. Onun Super Liqada karyerasını davam etdirmək istəyi isə ölkəmizin voleyboluna yaxından bələd olması ilə bağlıdır.
Qeyd edək ki, Tomkom Azərbaycandan öncə İsveçrənin “Xanti” klubunda legioner həyatı yaşayıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0