“Azərreyl”in sabiq voleybolçusu “Beşiktaş”a keçdi
04.08.2012 - 12:12
“Azərreyl”in sabiq voleybolçusu Natalya Hanıkoğlu karyerasını “Beşiktaş”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə “Çelenc Cup”ı qazandıqdan sonra “Qalatasaray”a transfer olunan 37 yaşlı oyunçu “qara qartallarla” 1 illik müqaviləyə imza atıb.
Onun klubunu dəyişməsində əsas səbəbkar da sabiq “azərreyl”li olub. Belə ki, ötən il Azərbaycandan Türkiyəyə qayıdan Adnan Kistak İstanbul təmsilçisinin baş məşqçisidir və o, Hanıkoğlunun transferinə razılıq verib.
Qeyd edək ki, Kistak ölkəmizdə “Azərreyl” və “Şirvan”ı çalışdırsa da, ciddi uğur qazana bilməyib. Ötən il ikinci komandanın dağılması səbəbindən “Beşiktaş”a gedən türkiyəli mütəxəssis həmyerliləri ilə müqavilənin müddətini daha 2 il də artırıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0