“Lokomotiv”dən ayrılıb, rəqib düşərgəyə getdi - FOTO
14.08.2012 - 09:57
“Lokomotiv”lə yeni müqavilə imzalayacağı gözlənilən İvana Milos karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son 2 ili Azərbaycan Super Liqasında oynayan xorvatiyalı legioner Çempionlar Liqasında “Azərreyl”in rəqibi “Əczaçıbaşı” ilə anlaşıb.
O, İstanbul təmsilçisinin heyətində oynamağa qərara verib. Ölkəmizə gələn əcnəbilər arasında səviyyəlilərdən biri olan Milos yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 2010/2011 mövsümündə “İqtisadçı”da oynayan və onlarla Azərbaycan Super Liqasının bürünc mükafatını qazanan voleybolçu son mövsümü “Lokomotiv”in heyətində keçirib. O, “dəmiryolçular”la “Çelenc Cup”da qızıl, ölkə çempionatında gümüş medala sahib olub.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0