Məşhur sima Azərbaycanda qaldı - FOTO
14.08.2012 - 18:31
“Lokomotiv”in ulduz voleybolçusu Nansi Metkalf karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, amerikalı hücumçu mövsüm bitdikdən sonra “dəmiryolçular”dan ayrılaraq, Rusiyanın “Ufimoçka” klubu ilə razılığa gəlsə də, son anda fikrini dəyişib.
2 il Super Liqamızda çıxış edən 34 yaşlı Nansi yenidən Bakı təmsilçisi ilə müqavilə bağlayıb. Lakin o, “Çelenc Cup”ı qazandığı və Azərbaycan çempionatının gümüş medalına sahib olduğu “Lokomotiv”lə deyil, “İqtisadçı” ilə anlaşıb.
Beləliklə, CEV kubokunda çıxış edən “tələbələr”in yeni transferlərinin sayı 5-ə çatıb. “İqtisadçı” Metkalfdan öncə Tailand millisinin voleybolçuları Vilavan Apinyaponq, Hyafa Amporn, Malika Kanzonq və Vanna Buakevlə müqavilə imzalayıblar.
Qeyd edək ki, Metkalf “Çelenc Cup”ın ən yaxşı hücumçusu da seçilib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0