“Azərbaycan və Almaniya səfərlərində ən azı 1 qələbə əldə etməliyik”
15.08.2012 - 12:59
“Təqvim bizim üçün o qədər də uğurlu deyil. Buna baxmayaraq, mənim üçün ilk 3 oyun daha vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə kişilərdən ibarət Bolqarıstan millisinin baş məşqçisi Rosen Barçovski deyib.
Avropa çempionatının bu gün start götürən seçmə mərhələsi ərəfəsində mütəxəssis Azərbaycan yığması ilə II tura təsadüf edəcək qarşılaşmanın vacibliyini vurğulayıb: “Bu gün İsveç yığması ilə evdə, avqustun 18-də Azərbaycanla səfərdə görüşəcəyik. Növbəti səfərimiz Almaniyaya olacaq. Seçmə mərhələnin elə startdan uğurlu çıxış etməyimizi istəyirəm. Bunun üçün 3 qarşılaşmadan heç olmasa 2 qələbə qazanmalıyıq. Yəni evdə qalib gəlsək Azərbaycan və Almaniya səfərlərində ən azı 1 qələbə əldə etməliyik”.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0