Ulduzun biri də gəldi
22.08.2012 - 10:17
“Rabitə” növbəti transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, dünya ulduzlarını bir-bir heyətinə qatan paytaxt təmsilçisi bu dəfə italiyalı toppaylayıcı Françeska Giogolinin keçidini həll edib.
29 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 175 sm boya malik oyun qurucusu “Rabitə”yə “Torino”dan transfer olunub. 1999-cu ildən peşəkar karyerasına başlayan Giogoli ilk dəfə doğma ölkəsindən kənarda oynayacaq.
Son 3 mövsümü “Torino”da keçirən voleybolçu daha öncə “Ozzano” (1999-2000), “Klub İtalia” (2000-2001), “Reggio” (2001-2002), “Yamamay” (2002-2003), “Korridonya” (2003-2005), “Roma” (2005-2006), “Cesi” (2006-2007), “Altamura” (2007-2008), “Pyaçentsa” (2008-2009) və “Universal Karpi”də (2009-2010) çıxış edib.
Françeska “Rabitə”nin ikinci komandasında forma geyinəcək. Onun buraya transferi isə əsas heyəti sığortalamaq və əvəzedicilərdə yer alacaq gənclərlə təcrübəsini bölüşməkdir.
Qeyd edək ki, Giogoli “Rabitə”nin şərəfini qoruyacaq ilk italiyalı voleybolçudur.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0