Bakı azarkeşlərinin sevimlisi Koreyaya üz tutdu
22.08.2012 - 12:19
Bakı azarkeşlərinin sevimlisi Koreyaya üz tutdu
“Rabitə”nin sabiq voleybolçusu Kimberli Qlass özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə 2 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu və 1 dəfə Çempionlar Liqasının gümüş mükafatçısı olan amerikalı hücumçu karyerasını Koreyada davam etdirəcək.

Azərbaycan azarkeşlərinin sevimlisi olan 28 yaşlı Qlass “Ariels” klubu ilə razılığa gələrək, 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, Kimberli 2010-cu ildə “Rabitə”yə transfer olunmuşdu. Lakin o, son ildə əsas heyətdəki yerini itirdiyindən klub onunla mövsümün sonunda yeni müqavilə imzalamamışdı.