“Uraloçka” Bakıdan “sülh”lə ayrılır
02.09.2012 - 09:04
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda hazırlıq keçən Rusiyanın “Uraloçka” klubu ilə 4-cü yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri bu dəfə qələbə qazanmağı bacarıblar.
Belə ki, voleybolçularımız ilk oyunda 3:1 hesabı ilə qalib gəlsə də, ardından 1:3 və 2:3 hesablı məğlubiyyətə üzülmüşdü. Lakin 4-cü oyunda komandamız rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanıb və həm matçın, həm də setlərin hesabını bərabərləşdirib. Bununla da “Uraloçka” Bakını “sülhlə” tərk edir.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0