Valeriya Korotenkonun oynayacağı komanda bəlli oldu
13.09.2012 - 10:00
Azərbaycan millisinin voleybolçusu Valeriya Korotenkonun gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yığmamızın aparıcı liberosunun “Azərreyl”də qalacağı dəqiqləşib.
“Dəmiryolçular”ın italiyalı Luna Karokkini və yaponiyalı Akiko İnonu transfer etməsindən sonra “ofsayd”da qalan Valeriya hazırlıq zamanı əcnəbilərdən zəif olmadığını sübut edib. Nəticədə komanda rəhbərliyi asiyalı liberonun yerini dəyişməyi qərara alıb və İno “Azərreyl”in ikinci klubu hesab olunan “Azəryolservis-Bakı”ya göndərilib.
Onun əvəzinə Korotenkonun komandada qalması məqsədə uyğun sayılıb. Bununla da 29 yaşlı voleybolçumuzun Azərbaycanın ən köklü klubuna layiq olduğu təsdiqlənib.
Qeyd edək ki, “Azərreyl” yeni mövsümdə Çempionlar Liqasında, “Azəryolservis-Bakı” isə CEV kubokunda oynayacaq.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0