“Rabitə” “Azərreyl”ə yerini göstərib, mundiala yollanır
10.10.2012 - 23:01
“Rabitə” Qətərdə keçiriləcək dünya çempionatı öncəsi son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Marçello Abbondanzanın yetirmələri əzəli rəqibləri “Azərreyl”lə güclərini yoxlayıblar.
Oyundan öncə bu gün Qətərə yola düşəcək Azərbaycan çempionuna Voleybol Federasiyası adından xüsusi tort hədiyyə edilib. Matça gəlincə, qarşılaşma “Rabitə”nin üstünlüyü ilə start götürüb.
İki italiyalı mütəxəssis – Abbondanza və Alessandro Çiappininin duelində ilk set dünya çempionlarının olub. Ardınca “Azərreyl” hissə fərqində önə keçsə də (2:1), son 2 ildə “dəmiryolçular”a uduzmayan “Rabitə” bu dəfə də rəqibinə yerini göstərib – 3:2.
Beləliklə, oktyabrın 13-19-da keçiriləcək dünya çempianatına hazırlığı başa vuran komanda bu gün Dohaya yola düşəcək.
Qeyd edək ki, oktyabrın 18-də start götürəcək Azərbaycan Super Liqasının ilk turunda “Rabitə”nin oyunu yoxdur.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0