"Rabitə"də yubiley yubileyə qarışdı
16.10.2012 - 21:10
Klublararası dünya çempionatında Azərbaycanı təmsil edən “Rabitə”nin Çin “Bohay Bank”ına qalib gəldiyi matç 2 xoş yubileylə yadda qalıb. Apasport.az saytının məlumatına görə, asiyalılarla duel paytaxt komandasının beynəlxalq klub turnirlərində keçirdiyi yubiley – 50-ci görüşü kimi tarixə düşüb.
2007-ci ildə Avropa səhnəsinə çıxan “Rabitə” CEV kubokunda debüt etməklə, ilk dəfə rəsmi matçda xarici klubla üz-üzə gəlib. O vaxtdan müxtəlif səviyyəli turnirlərdə 49 belə qarşılaşma keçirən bakılılar yubiley oyununda yubiley - 30-cu qələbəsini qazanıblar.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0