Marçello Abbondanza: Sübut etdik ki, yarımfinala layiqik
17.10.2012 - 12:35
"Matçın nəticəsini qənaətbəxş hesab edirəm. Biz bu oyunla sübut etdik ki, yarımfinala layiqik". Bunu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına "Rabitə"nin baş məşqçisi Marçello Abbondanza deyib.
İtaliyalı mütəxəssis klublararası dünya çempionatında "Bohay Bank"a 3:1 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: "Bizim üçün Çin klubu yeni idi. Heyətində güclü voleybolçular da yer almışdı. Oyunun gedişində hətta onlara qalib gəlmək üçün yeni bir ideya axtarırdıq. Düşünürdük ki, hansı lazımı taktika ilə onları məğlub etmək olar".
Abbondanza nəticədən razı olsa da, oyundan narazı qalıb: "Görüşümüzü mükəmməl qiymətləndirməzdim. Amma qalib gəlmək üçün əlimizdən gələni etdik. Hazırda yarımfinal barədə fikirləşirik. Yəni, finala yüksəlmək üçün daha bir qələbə vacibdir".
Qeyd edək ki, "Rabitə" yarımfinala qrup ikincisi kimi yüksələrək, digər qrupun qalibinin müəyyənləşməsini gözləyir.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0