“Rabitə” ilə oyun öncəsi “Fənərbaxça”ya FİVB-dən cəza
18.10.2012 - 10:22
"Fənərbaxça" klublararası dünya çempionatının yarımfinalında "Rabitə" ilə oyun öncəsi cəzalandırılıb. Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, buna səbəb "sarı-lacivərdlilərin" qaydaları pozması olub.
Belə ki, qrup mərhələsinin son görüşündə rəqibimizin “Kenya Prisons” ilə görüşündə Keniya təmsilçisi ilə eyni rəngli formada meydana çıxması Beynəlxalq Voleybol Federasiyasının (FİVB) qəzəbinə tuş gəlib. Nəticədə istanbullular ikinci geyimlərini özləri ilə götürmədikləri üçün pul cəzasına məruz qalıblar.
Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasının "Dördlər finalı"ndan sonra qaydaları pozduğu üçün Avropa Voleybol Konfederasiyası tərəfindən də cəzalanmışdı. Hətta onlara turnirin son qalibi kimi qitənin 1 nömrəli klub yarışında oynamaq üçün güzəştli kart belə verilməmişdi.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0