Aneta Havlikova “Lokomotiv”i sevindirdi
24.10.2012 - 08:28
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Srvena Zvezda” (Serbiya) – “Lokomotiv” (Azərbaycan) görüşünün ən yaxşısı məlum olub. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Aneta Havlikova seçilib.
Çexiyalı legionerimiz “dəmiryolçular”ın bu turnirdə debüt matçında 28 xal toplayıb. Pyotr Xilkonun digər yetirmələrindən Ju Kosta 21, Tatyana Artmenko 15, Korina Suşke 11, Mixaela Monzoni 10, Olqa Palçevskaya və Diana Nenova hərəyə 1 xal qazanıb.
“Srvena Zvezda”nın heyətində isə Ana Belitsa daha fəal olub. O, “Lokomotiv”dən 20 xal almağı bacarıb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0