Natalya Məmmədova: Bakıda bizə ağır olacaq
02.11.2012 - 09:42
Azərbaycan millisinin lideri Natalya Məmmədova Bakıya qarşıdakı səfərindən danışıb. Apasport.az saytının məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan yığmamızın voleybolçusu CEV kubokunun 1/16 final mərhələsində Bosniya və Herseqovina “Yedinstvo” klubuna hər 2 matçda 3:0 hesablı qələbədən sonra fikirlərini açıqlayıb.
Hücumçu bildirib ki, qalib gəlsələr də, oyun ərzində yetərincə səhvlər buraxıblar: “İkinci partiyada çoxlu səhvlərə yol verməyə başladıq. Konsentrasiyanı itirdik, arxayınlaşdıq. Buna diqqət yetirmək lazımdır. Çünki güclü rəqiblərlə oyunlarda belə hədiyyələr etmək olmaz”.
Avrokubokda 1/8 finala asan yüksələn Omsk təmsilçisi bu mərhələdə Bakının “İqtisadçı” klubu ilə qarşılaşacaq. Məmmədova komandasının rəsmi saytına verdiyi açıqlamasında Azərbaycan səfərinin asan olmayacağını deyib: “Bu komanda sürətli voleybol oynayır. Bundan əlavə, Bakıda adətən çox güclü azarkeş dəstəyi olur. Buna görə də bizə ağır olacaq. Ancaq biz oyuna köklənərək, növbəti mərhələyə çıxmağa çalışacağıq”.
Qeyd edək ki, ilk matç noyabrın 13-15-də Bakıda, cavab qarşılaşması 1 həftə sonra Rusiyada olacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0