“Sözsüz, Bakı təmsilçisi güclü klubdur”
12.11.2012 - 17:13
“Biz “Lokomotiv”lə oyuna əla motivasiya ilə çıxacağıq. Çünki son turda inamlı qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” klubunun voleybolçusu Aleksandra Yaqielo deyib.
Komandasının kapitanı yerli çempionatda “İmpel Qvardiya” üzərində qazandıqları qələbədən sonra (3:0) hər şeyin uğurlu olacağına inanır. Yaqielonun sözlərinə görə, turnir cədvəlində liderliyə yüksəlməkləri Çempionlar Liqasında “Lokomotiv”lə görüşdə onlara əlavə güc verəcək: “Sözsüz, bilirik ki, Bakı təmsilçisi güclü klubdur və onlarla oyun çətin olacaq. Lakin hazırda düşərgəmizdə əla ab-hava hökm sürür. Biz istəyirik ki, “Lokomotiv”lə matçdan qalib ayrılaq”.
Qeyd edək ki, “Bank Fakro” – “Lokomotiv” qarşılaşması noyabrın 15-də olacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0