Azərbaycan çempionu rəqibini tanıdı
20.11.2012 - 14:59
Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirində Bakının ABU klubunun da rəqibi bilinib.
Püşk təmsilçimizə Polşanın “Politexnika” komandasını qismət edib. İlk görüş Bakıda, cavab matçı səfərdə olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ABU III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti” klubuna hər 2 görüşdə qalib gəlmişdi. Rəqibimiz isə Ukraynanın “Dnepryanka” komandasından güclü olub.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0