“Atom”un voleybolçusu: “Rabitə” dünya səviyyəli komandadır
22.11.2012 - 11:48
“Əgər biz pley-offda 12 komanda arasına düşmək istəyiriksə, “Rabitə” və ya “Asistel Karnaqi”dən biri üzərində mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Atom Trefl”in kapitanı İzabelya Beltsik deyib.
Çempionlar Liqasının 4-cü turunda bu gün “Rabitə” ilə qarşılaşacaq Sopot təmsilçisinin üzvləri oyundan öncə maraqlı açıqlamalar verib.
Polşa klubunun spaykeri Anita Kvyatkovska isə “Rabitə” ilə ilk oyundan danışıb: “Düşünürəm ki, ötən həftə bu komandaya evdə uduzmağımıza baxmayaraq, biz kifayət qədər yaxşı oynamışdıq. “Rabitə” dünya səviyyəli komandadır. Məncə, onlar “dördlər finalı”na çıxacaq. Bu komanda ilə əvvəlki oyunumuzda bir set belə qazana bilməsək də, ötən həftə biz o qədər də pis təsir bağışlamamışdıq”.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0