“Rabitə” yenə qələbə qazandı - YENİLƏNİB
06.12.2012 - 00:26
Bu gün “Rabitə” Çempionlar Liqası qrup mərhələsinin V turu çərçivəsində İtaliyanın “Villa Kortese” klubunun qonağı olub. Apasport.az saytının məlumatına görə, artıq pley-offa vəsiqəni təmin edən Azərbaycan çempionu bu matçda da qələbə seriyasını davam etdirməyi bacarıb.
Oyunun kifayət qədər gərgin keçəcəyi gözlənilsə də, “Rabitə” A gümüş mükafatçısına oynamağa imkan verməyib. Düzdür, evdə uduzmağı sevməyən apenninlilər həm də sabiq baş məşqçiləri, hazırda “Rabitə”ni çalışdıran Marçello Abbondanzanı vətənindən əliboş yola salmaq arzusunda idilər. Amma bir çoxlarına başağrısı olan və Çempionlar Liqasında qızıl medalı hədəfləyən Bakı klubu rəqibin istəyini puç edib. İlk setdə 5 top fərqi ilə qalib gələn voleybolçularımız növbəti hissəni daha asan aktivinə yazıb – 25:13. Ardınca rəqib fərqi azaltsa da, “Rabitə” IV hissədə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1.
Nəticədə V turda da xal itirməyən Azərbaycan çempionu qrupda özü üçün birinci yeri də təmin edib.
Çempionlar Liqası
V tur
B qrupu
5 dekabr
“Villa Kortese” (İtaliya) - “Rabitə” (Azərbaycan) - 1:3 (20:25, 13:25, 25:15, 20:25)
Hakimlər: Əziz Yener (Türkiyə), Susana Rodriguez (İspaniya)
Kastellantsa, Palaborsani
Qeyd edək ki, son turda “Rabitə” “Agel”i qəbul edəcək.

Rabitə | 5 | 5 | 0 | 15-3 | 439-366 | 15 |
Villa Kortese | 5 | 3 | 2 | 11-8 | 430-416 | 12 |
Atom | 5 | 2 | 3 | 8-9 | 388-386 | 6 |
Agel | 5 | 0 | 5 | 1-15 | 310-399 | 0 |
Qeyd edək ki, son turda “Rabitə” “Agel”i qəbul edəcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0