14-dən 37-yədək və ya ən qoca “tələbə”
18.01.2022 - 13:04
14-dən 37-yədək və ya ən qoca “tələbə”

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının iştirak ərizələri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq 4 komanda çempionat üçün 48 voleybolçu sifariş edib.

Onlardan 42-si yerli, 6-sı legioner statusu daşıyır. “Azərreyl”, “Murov” və “Abşeron”un hərəsində iki əcnəbi yer alıbsa, UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) yalnız yerlilərdən təşkil olunub. Təbii ki, belə statusa maliklər arasında da milliləşənlər yetərincədir.

6 legionerdən dördü Rusiya, ikisi Gürcüstanı təmsil edir. Mariya Vaxruşeva ən yaşlı legionerdir. Onun 27 yaşı var. 19 yaşlı Alina Paraxneviç ən gənc gəlmədir.

Ümumilikdə isə 37 yaşlı Yuliya Kərimova çempionatın veteranı hesab olunur. Kəmalə Əsgərova ondan bir, Alina Aslan iki yaş kiçikdir.

14 yaşlı Xədicə Seyidli çempionatın ən gəncidir. Fəridə İbrahimova və Fatimə Hüseynovanın cəmi 15 yaşı var.

Orta yaş həddi 27,75 olan UNEC çempionatın ən qoca komandasıdır. Ən gənc sayılan “Murov”da bu rəqəm 21-ə bərabərdir. Orta göstəricidə “Azərreyl”in 21,1, “Abşeron”un 22,1 yaşı var. Turnirdə iştirak edənlərin ümumi orta yaşı 23-ə bərabərdir.

“Azərreyl”
1.    Anastasiya Mertsalova - 2001
2.    Yuliya Kərimova - 1988
3.    Marianna Abueva - 2004
4.    Elina Xudiyeva - 2001
5.    Saniyə Aslanova - 2001
6.    Səmrə Qafarova - 2000
7.    Həyat Matuk - 2004
8.    Vlada Kavtunova - 2005
9.    İradə Hüseynova - 2004
10.     Olqa Solod (Rusiya) - 2000
11.    Alina Paraxneviç (Rusiya) - 2003
12.    Valeriya Kondratyeva - 2000
Baş məşqçi: Famil Ağayev

“Abşeron”
1.    İlhamə Əliyeva - 1999
2.    Aynur İmanova - 1988
3.    Fidan Əhmədxanova - 2001
4.    Bəyaz Əliyeva - 1990
5.    Raziyə Əliyeva - 2002
6.    Xədicə Seyidli - 2008
7.    Fəridə İbrahimova - 2007  
8.    Nəzrin Mustafayeva - 2003
9.    Asiyat Abuyeva - 2003
10.     Viktoriya Samoylova - 2002
11.     Anastasiya Çallxeva (Rusiya) - 1998
12.     Mariam Qaprindaşvili (Gürcüstan) - 1998
Baş məşqçi: Eldar Yusubov

“Murov”
1.    Leyla Parşkova - 1998
2.    Nərminə Musayeva - 1999
3.    Əhyəxanım  Fərzullayeva - 2000
4.    Fidan Tağıyeva - 2004
5.    Sənubər Ələsgərova - 2002
6.    Əminə Ramazanova - 2004
7.    Nülüfər Ağazadə - 2000
8.    Çinarə Quliyeva - 1996
9.    Nəzrin Əhmədli - 2006
10.    Fatimə Hüseynova - 2007 
11.    Mariami Beriaşvili (Gürcüstan) - 2001
12.    Mariya Vaxruşeva (Rusiya) - 1995
Baş məşqçi: Vüqar Əliyev

UNEC
1.    Alina Aslan - 1987
2.    Kəmalə Əsgərova - 1986
3.    Xuraman Əlimova - 2001
4.    Yuliya Kərimova - 1985
5.    Nərgiz Həsənova - 1996
6.    Ülkər Kərimova - 1994
7.    Səbinə İlyasova - 1997
8.    Lyubov Qaluşka - 1998
9.    Kameliya Mustafayeva - 1995
10.    Nəzrin Paşazadə - 2001
11.    Rəna Əliyeva - 1990
12.    Fidan  Əlimova – 2001
Baş məşqçi: Etibar Qasımov

Qeyd edək ki, çempionatda hələlik 1 matç keçirilib. Həmin görüşdə “Abşeron” – “Murov”a 3:0 hesabı ilə qalib gəlib. 

0