16 yoluxma – MBA-da
27.06.2020 - 00:00
16 yoluxma – MBA-da

Milli Basketbol Assosiasiyasında (MBA) koronavirus testlərinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ümumilikdə 302 idmançı müayinə olunub.

16 basketbolçuda testlər müsbət nəticə verib. Koronavirus aşkarlanan bu idmançılar karantinə alınıb.

Qeyd edək ki, MBA-da müntəzəm çempionat martın 12-də dayandırılıb. Yarışın fərqli formatda iyulun 31-də bərpa olunması planlaşdırılır.
 

0