3 təmsilçimiz komissiyada yer alacaq – CEV-də
27.11.2020 - 17:35
3 təmsilçimiz komissiyada yer alacaq – CEV-də

Avropa Voleybol Konfederasiyasının (CEV) komissiyalarının tərkibi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, qurumun İnzibati Şurasının bu gün təşkil olunan videotoplantısında 2020-24-cü illərdə fəaliyyət göstərəcək komissiyaların rəhbərləri və üzvləri müəyyənləşib.

Azərbaycan üç təmsilçisi də burada yer alacaq. Nərgiz İsmayılova Avrokuboklar Komissiyasına üzv kimi təsdiqlənib.

Avropa Tibb Komissiyasının üzvləri arasında Vüsalə Kazımova da yer alıb. Mixail Frişman isə Avropa İdman Təşkilatı Komissiyası üzvü olub.

0
Avropa Voleybol Konfederasiyası Nərgiz İsmayılova Vüsalə Kazımova