Avropa çempionatı üçün yekun heyəti açıqlandı - millimizin
17.08.2021 - 23:07
Avropa çempionatı üçün yekun heyəti açıqlandı - millimizin

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Vüqar Əliyev dörd ölkənin – Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın ev sahibliyi edəcəyi qitə çempionatının final mərhələsində güvənəcəyi "14-lüy"ü müəyyənləşdirib.

Qızıl Avropa Liqasında millinin sıralarında olmayan 3 voleybolçunun da adı sifariş vərəqinə daxil edilib. Bunlar Yana Doroşenko, Olena Xarçenko və Marqarita Stepanenkodur.

Ümumilikdə isə heyətdə 2 libero, 3 toppaylayıcı, 6 blokçu və 3 hücumçu yer alıb.

Azərbaycan millisinin heyəti:
Liberolar:
19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova;
Toppaylayıcılar: 2. Yana Doroşenko, 14. Kristina Besman, 18. Şəfaqət Alışanova;
Blokçular: 6. Ayşən Abduləzimova, 15. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 7. Olena Xarçenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk;
Hücumçular: 10. Marqarita Stepanenko, 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk.

Qeyd edək ki, yığmamız avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək final mərhələsində Serbiya, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina ilə eyni qrupda mübarizə aparacaq.

0