Avropa miqyaslı voleybol yarışları dayandırıldı
13.03.2020 - 17:35
Avropa miqyaslı voleybol yarışları dayandırıldı

Avropa Voleybol Konfederasiyasının (CEV) bayrağı altında keçirilən bütün yarışlar dayandırılıb.

Apasport.az saytının məlumatına görə, qurum bu addımı koronavirus epidemiyası üzündən atıb.

Həm yığma, həm klub səviyyəsində bütün yarışlarda aprelin 2-dək fasilə yaranıb. Yalnız bir avrokubok cütünün qarşılaşmaları istisna təşkil edib.

Kişilər arasında CEV kubokunun yarımfinal mərhələsinin “Lokomotiv” və “Zenit” arasında matçları eyni ölkədə oynanıldığı üçün baş tutacaq. Bu görüşlər martın 19-da və 26-da keçiriləcək.

0
voleybol CEV koronavirus