Azərbaycan çempionatı yenidən təxirə salındı - basketbolda
11.03.2020 - 13:51
Azərbaycan çempionatı yenidən təxirə salındı - basketbolda

Basketbol üzrə Azərbaycan çempionatının XXI turu yenidən təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, oyunları martın 3-də və 5-də keçirilməli olan, lakin sonradan təxirə salınan və bu günə planlaşdırılan qarşılaşmalar yenə baş tutmayacaq.

Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçirilməli olan Superliqanın matçlarının təxirə salınması texniki səbəblərlə bağlıdır. Turun nə vaxt keçiriləcəyi yaxın günlərdə dəqiqləşəcək.
 

0
basketbol Superliqa tur