Azərbaycan çempionatında növbəti turun təqvimi açıqlandı
11.04.2022 - 13:53
Azərbaycan çempionatında növbəti turun təqvimi açıqlandı

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 12-də kişi voleybolçular arasında Yüksək Liqada  XVII turun oyunları keçiriləcək. 

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək. 

Qadın voleybolçular arasında Super Liqada XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı 16:00-da “Abşeron”la “Azərreyl” arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək. Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

0