Azərbaycan çempionatında iki turun təqvimi açıqlandı
24.02.2022 - 11:38
Azərbaycan çempionatında iki turun təqvimi açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytı xəbər verir ki, ölkə çempionatının IX turunun matçları sabah, VIII turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq. 

Fevralın 25-də öncə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “ Azərreyl” duelinə start veriləcək.

Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” –“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC - “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
 
Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

0