Azərbaycan çempionatında növbəti turun oyunlarının vaxtı bilindi
01.03.2022 - 15:43
Azərbaycan çempionatında növbəti turun oyunlarının vaxtı bilindi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, IX turunun oyunları martın 3-də baş tutacaq. 

Günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la  MOİK üz-üzə gələcək. Bu matçdan 3 saat sonra “Ekspress” – “Sərhədçi” oyununa start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi”  İdman  Olimpiya Mərkəzində olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
 

0