Azərbaycan çempionatında növbəti turun oyunlarının vaxtı bəlli oldu
13.01.2022 - 10:58
Azərbaycan çempionatında növbəti turun oyunlarının vaxtı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, ölkə çempionatının növbəti matçları yanvarın 14-də təşkil olunacaq.

Günün ilk qarşılaşması saat 16:00-da “Azərreyl”lə “Abşeron” arasında keçiriləcək. Bu matçdan 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. 

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.
 

0