Azərbaycan çempionatında üçhakimiyyətlilik - YENİLƏNİB
14.02.2022 - 17:40
Azərbaycan çempionatında üçhakimiyyətlilik - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib. 

Apasport.az saytının məlumatına görə, VI turun qarşılaşmaları “Murov” Voleybol Klubunun təlim-məşq bazasında baş tutub.

Günün ilk matçında MOİK “Sərhədçi”ni sınağa çəkib. Yalnız son hissədə müqavimətlə üzləşən “hərbçilər” üç setdə qələbə qazanıb. 

Çempionatın daha bir iddialısı “Murov”da turu itkisiz başa vurub. “Ekspress”lə görüşdə 3 xal qazanan komanda liderlərə çatıb. Bu nəticələrdən sonra yarışda üçhakimiyyətlilik yaranıb. Liderlərin üçünün də 9 xal olacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçirilib.

Yüksək Liqa
14 fevral
IV tur, təxirə salınan oyun
15:00. “Sərhədçi” - MOİK - 0:3 (18:25, 17:25, 24:26)

“Murov” Voleybol Klubunun təlim-məşq bazası

I tur, təxirə salınan oyun
17:00. “Murov” – “Ekspress” - 3:0 (25:15, 25:10, 25:17)
 “Murov” Voleybol Klubunun təlim-məşq bazası

1

Murov

4

3

1

10-4

342-280

9

2

Neftçi

4

3

1

10-4

340-281

9

3

MOİK

4

3

1

10-4

336-299

9

4

Ekspress

4

1

3

3-9

217-294

3

5

Sərhədçi

4

0

4

0-12

222-303

0

0