Azərbaycan çempionatında xal qazanmayan komanda qalmadı - YENİLƏNİB
20.02.2020 - 17:10
Azərbaycan çempionatında xal qazanmayan komanda qalmadı - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bir oyun keçirilib. 

Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında UNEC Gürcüstan komandası ilə üz-üzə gəlib. 

Buna qədər mövsümdə qələbə qazanmayan klubların dueli gərgin alınıb. Qalib tay-brekdə müəyyənləşib və Gürcüstan ilk qələbəsini əldə edib. UNEC məğlub olmasına baxmayaraq, aktivinə 1 xal yazdıra bilib. Bununla çempionatda xal qazanmayan komanda qalmayıb.

Azərbaycan çempionatı
Super Liqa, qadınlar
20 fevral
15:00. UNEC – Gürcüstan - 2:3 (25:22, 22:25, 22:25, 25:19, 7:15)

Dərnəgül Voleybol Mərkəzi

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

5

5

0

15-1

398-270

15

2

Abşeron

5

4

1

13-5

423-357

12

3

Mübariz

4

2

2

7-7

282-312

6

4

Murov

4

1

3

5-9

301-315

3

5

Gürcüstan

3

1

2

3-8

214-251

2

6

UNEC 

5

0

5

2-15

293-406

1

 

0
voleybol Super Liqa UNEC