Azərbaycan çempionatının başlama vaxtı bilindi
03.02.2022 - 11:39
Azərbaycan çempionatının başlama vaxtı bilindi

Həndbol üzrə Azərbaycan çempionatlarının keçiriləcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Həndbol Federasiyası kişilər və qadınlar arasında yarışları mart-aprel aylarında təşkil etməyi planlaşdırır.

Lakin bunun üçün qapalı məkanlarda idman yarışlarının keçirilməsinə icazə alınmalıdır. Koronavirus pandemiyası səbəbindən idman zallarında yarış keçirməyə qadağa olduğundan bu icazə zəruridir.

Federasiya rəhbərliyi bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmək niyyətindədir. Bundan sonra çempionatların dəqiq tarixi və iştirakçı sayı bəlli olacaq.
 

0