Azərbaycan çempionatının ilk oyunlarının vaxtı açıqlandı
12.12.2019 - 15:12
Azərbaycan çempionatının ilk oyunlarının vaxtı açıqlandı

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatına dekabrın 14-də start veriləcək.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün ilk oyunlarının vaxtı müəyyənləşib.

Hər iki yarış son çempionun – “Azərreyl” və “Lokomotiv”in oyunu ilə başlayacaq. Dərnəgüldə yerləşən Voleybol Mərkəzində ilk olaraq qadınlardan ibarət “Azərreyl” və “Abşeron” münasibətlərini aydınlaşdıracaq. Kişilərin mübarizəsi isə “Lokomotiv” - “Neftçi” matçı ilə başlayacaq.

Voleybol üzrə Azərbaycan çempionatı
I tur, 14 dekabr
Qadınlar, Super Liqa

14:00. “Azərreyl” - “Abşeron”

Kişilər, Yüksək Liqa
16:00. “Lokomotiv” - “Neftçi”

Qeyd edək ki, Super Liqada 6 komanda - “Azərreyl”, “Lokomotiv”, “Abşeron”, “Mübariz” və UNEC, Gürcüstan, Yüksək liqada 7 iştirakçı - “Neftçi”, “Lokomotiv”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan mübarizə aparacaq. Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

0
voleybol Super Liqa Yüksək Liqa